Sənədlərin qəbulu Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.
Natamam və ya bu Qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər qəbul üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.