Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər (ərizələr istisna olmaqla) azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə notariat ofisində saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır. Əqd iştirakçılarının xahişi ilə aparılmış notariat hərəkətləri barədə “Elektron notariat” informasiya sistemindən çıxarış verilir.