Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və ipoteka qoyulmasına dair müqavilələr təsdiq olunarkən, daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi üzrə dövlət rüsumu və ya haqq tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu halda notarius yalnız notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərə fəaliyyət göstərdiyi notariat ofisində xidmət edir. Başqa inzibati ərazidə notariat ofisindən kənar notariat hərəkəti aparılmasına yol verilmir.