Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Təlimatdakı sənəd və məlumatlardan Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olanlarının siyahısını müəyyən edir və rəsmi internet saytında yerləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notarius tərəfindən elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcıya keçirilərək bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir. Müvafiq məlumat və sənədlər notariusun göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.