Bankın təsdiq edilmiş daxili audit planında nəzərdə tutulmamış daxili audit yoxlaması səhmdarların ümumi yığıncağının və ya Müşahidə Şurasının qərarı, habelə bankın adi səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və ya İdarə Heyətinin tələbi əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bununla əlaqədar Audit Komitəsi zəruri tədbirlər görür.