Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubundan danışıb.
Heftelik.az-ın məlumatına görə, Elmira Axundova Pravda.az-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: “Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb “qol” çəkiblər?”