Əmlakdakı payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsi, həmçinin, ümumi paylı mülkiyyətin digər iştirakçıları əmlakın olduğu yerdə yaşamadıqda və onların ünvanı məlum olmadıqda da təsdiq edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius bu halı müvafiq informasiya sistemləri vasitəsilə əldə edilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənəd və ya Əhalinin Dövlət Reyestri və yaxud “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə yoxlayır.