Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar.