Notarius vərəsəlik, mülkiyyət hüququnu, ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsini, şəxsin sağ olması faktını, şəxsin müəyyən yerdə olması faktını, şəxsin fotoşəkildəki şəxslə eyniliyini, sənədlərin saxlanmaq üçün qəbul edilməsini təsdiq edərkən müvafiq şəhadətnamələr verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariusun apardığı bütün notariat hərəkətləri elektron və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.