Siz ədalətsizliyə qarşı sinə gərir, suveren xarici siyasət aparırsınız.

Heftelik.az xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.

Robert Fitso deyib ki, Azərbaycan Prezidenti kimi o da suveren siyasət aparmağa çalışacaq: “Münasibətlərin inkişafı ilə bağlı sizin böyük xidmətləriniz var. Bununla bağlı da sizə təşəkkür edirəm”.