 Müsabiqənin və müsahibənin keçirilməsi və namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin aparatında yaradılan Komissiya üzvlərinin hüquqları müəyyənləşib.
Müsabiqənin və müsahibənin keçirilməsi və namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin aparatında yaradılan Komissiya üzvlərinin hüquqları müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Komissiya üzvlərinin aşağıdakı hüquqları var:
– komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
– komissiyanın iclasının aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;
– komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;
– qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;
– qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.
