Notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Həmin qərarda aşağıdakılar göstərilir:

– qərarın çıxarıldığı tarix;

– qərarı çıxaran notariusun soyadı, adı, atasının adı, notariat ofisinin adı və ünvanı;

– notariat hərəkətinin aparılması üçün müraciətin edildiyi tarix və müraciət edən şəxs barədə məlumatlar (fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini müəyyən edən sənəd və onun rekvizitləri, yaşayış yeri, əcnəbilərə münasibətdə – həmçinin vətəndaşlığı, hüquqi şəxsə münasibətdə – tam adı, VÖEN;

– aparılması üçün müraciət edilən notariat hərəkətinin məzmunu (xahişin qısa məzmunu);

– qanuna istinad olunmaqla, notariat hərəkətinin aparılmasından imtina edilməsinin əsasları;

– imtina ilə bağlı məhkəməyə müraciət edilməsi qaydası.