Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu və haqlar ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Notariat hərəkətinin aparılması üçün tələb olunan sənədlər natamam olduqda, notarius zəruri sənədlərin daxil ola bildiyi informasiya sistemlərindən əldə edilərək, notariat qaydasında təsdiq edilməsi barədə müraciət edən şəxsə məlumat verir.