Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödənilir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır.