Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təqdim etdiyi “Üzbəüz” layihəsi növbəti qonağı ilə görüş keçirib.

Heftelik.az-ın məlumatına görə, “Üzbəüz” layihəsinin bu dəfəki qonağı Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, “Şöhrət” və “Şərəf” ordenli Siyavuş Kərimi olub. Baş tutan görüşdə o, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəblərinin direktor və müəllim heyəti ilə musiqi məktəblərinin fəaliyyəti, tədrisin inkişafı ilə bağlı fikirlər müzakirə olunub.