Hərbi vəziyyətin elan edilməsi, habelə təbii fəlakətlər, texnoloji qəzalar və fövqəladə xarakter daşıyan digər hallar zamanı dövlət orqanlarının elektron informasiya sistemlərinin, o cümlədən “Elektron notariat” informasiya sisteminin fəaliyyətində fasilələr baş verdiyi halda notariat hərəkətləri bu Təlimatda nəzərdə tutulmuş qaydada kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.