ARB telekanalında çalışan aparıcı Aynur Bağırova övladını itirib.

Heftelik.az-ın Axşam.az -a istinadən verdiyi məlumata görə, bu haqda müğənni Zenfira İbrahimova məlumat yayıb. O bildirib ki, Sevgi bu gün dünyasını dəyişib.

Məlumata görə, 2 yaşı olan körpə uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün klinikalardan birində əməliyyat olunub.
Qeyd edək ki, Aynurun 2021-ci ildə əkiz övladı dünyaya gəlmişdi. O, bir neçə ay sonra oğlunu itirmişdi.