Mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə,  mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.