Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir.