Notariat hərəkətlərinin aparılması üçün əsas olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər barədə məlumat “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə əldə edildiyi halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsdən tələb edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.