Kağız formada aparılan reyestrlərin tətbiqi tarixi və müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sistemində notariat ofislərinin adı və notariat hərəkətlərinin növləri göstərilməklə, elektron reyestrlər tətbiq olunur və hər bir hərəkətə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsi verilir.