Miqrasiya orqanlarına qulluğa qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqə və müsahibədən kənarlaşdırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

İmtahana buraxılmış namizədin sənədləri ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir.