Mirasın öz aralarında bölüşdürülməsi məqsədi ilə miras şəriklərinin paylarına dair sərəncam verməsi barədə müqavilələr notarius tərəfindən təsdiqlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius tərəfindən əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışın informasiya sistemi vasitəsilə əldə edilərək surəti (bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır) kağız daşıyıcısına keçirilərək təsdiq edilir və notariat işinə əlavə olunur.