Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.  Ehtimal olunur ki, hadisə zamanı Əli Mehrəliyevin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah Zəkəriyəyev kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.