Satılmış əmlak üçün alınan məbləği yetkinlik yaşına çatmamışların və ya fəaliyyət qabiliyyəti olmayan digər şəxslərin adına bank əmanətinə qoyulması qəyyumluq və himayə orqanı tərəfindən valideynlərə, qəyyumlara və ya himayəçilərə tapşırılarsa, notarius həmin tələbin yerinə yetirilməsini yoxlamalı və bunu müqavilənin mətnində göstərməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.