Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar iki nüsxədə tərtib olunur, notariusun imzası və möhürü ilə təsdiq edilir və göndərilən sənədlərin qeydə alınması kitabında qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Nüsxələrdən biri ərizə ilə müraciət etmiş şəxsə imza etdirilməklə təqdim olunur və ya poçt vasitəsilə ünvana göndərilir, digəri isə notariat ofisində saxlanılır.