Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşıqlanıb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır:

– vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

– vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;

– vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;

– vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;

– vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.