Savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu barədə müvafiq qeyd yazılır və ona oxunur. Notarius lal-kar və ya lal-kar-kor və savadsız şəxsin vəsiyyətnaməsini dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyən bir şəxsin yanında tərtib etməlidir.