Bu gün yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Beyləqan, İmişli, Füzuli və digər ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

saat 17.34

Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış Dağlıq zonasında 5,2 maqnitudalı zəlzələ olub.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.