Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Report-a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.
O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:
“Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır”.
Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.