Rusiya Prezidenti Vladimir Putin Andrey Belousovun müdafiə naziri təyin edilməsi təklifinə dair əmr imzalayıb.

Heftelik.az-ın məlumatına görə, Andrey Belousov bundan əvvəlki hökumətdə Baş nazirin birinci müavini vəzifəsini tutub.

Kremlin mətbuat katibi Dmitri Peskov müdafiə naziri postuna mülki şəxsin təyin olunmasına aydınlıq gətirib: “Putin qərar verdi ki, Rusiya Müdafiə Nazirliyinə mülki şəxs rəhbərlik etməlidir.  Müdafiə Nazirliyi yeniliklərə və qabaqcıl ideyalara açıq olmalıdır”.

Kremlin sözçüsü Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsini fəaliyyətini davam etdirəcəyini, hələlik burada heç bir dəyişikliyin nəzərdə tutulmadığını söyləyib.

Peskov onu da bildirib ki, Kreml RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışmış Nikolay Patruşevin yeni vəzifəsini daha sonra elan edəcək.

Qeyd edək ki, Putin RF hökuməti sədrinin birinci müavini vəzifəsini tutmuş Andrey Belousovun müdafiə naziri təyin olunmasını təklif edib.

Müdafiə naziri Sergey Şoyqunu isə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.