Avadanlıqların etibarlı və davamlı fəaliyyəti üçün onlara adekvat dəstəkləmə xidməti göstərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

İnformasiya və digər əlaqəli aktivlərin razılaşdırılmadan nəzarət subyektinin ərazisindən kənara çıxarılmaması təmin edilir. İnformasiya daşıyıcıları olan avadanlıqlar məhv edilməzdən və ya yenidən istifadəyə verilməzdən öncə saxlanılan həssas informasiya və lisenziyalı proqram təminatları bərpası mümkün olmayacaq qaydada silinir.