Aziz Yıldırım 6 illik fasilədən sonra növbəti konqresdə “Fənərbağça” klubunun prezidenti postuna seçilməsi üçün mübarizə aparacaq.

Heftelik.az-ın məlumatına görə, Aziz Yıldırım  bunu “TRT Spor”-a müsahibəsində bildirib.

Klubun hazırkı prezidenti Ali Koç yenidən namizəd olduğunu açıqlamasından sonra Aziz Yıldırım qərarını verib. Aziz Yıldırım deyib ki, “Fənərbağça”-nın ölkə çempionu olmasını istəyirlər. O, prezident seçiləcəyi təqdirdə məşhur məşqçi Joze Maurinyonu komandanın başına gətirəcəyini vurğulayıb.