Binanın ümumi, faydalı və hesabi sahələrinə döşəmədən konstruksiya çıxıntısının altına qədər hündürlüyü 1,8 metrdən az olan çardağın, texniki döşəməaltı hissələrin (texniki çardağın), həmçinin xarici tamburların, balkonların, portiklərin, artırmaların (giriş pilləkənlərinin), xarici açıq pilləkənlərin və pandusların sahələri daxil edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın yerləşgələrinin sahələri döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) divarların və arakəsmələrin tamamlanmış səthləri arasındakı ölçülərlə müəyyən edilir.