Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı yerdən kənardadırsa, vərəsəliyin açıldığı yerdəki notarius əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki notariusa və ya rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələrinə tapşırıq göndərir.