Sütunlara rabitələrin və divar konstruksiyaların bərkidilməsi, həmçinin divar panellərin yanları arasında aralıqların qiyməti binanın düzəldilməsi vaxtı konstruksiyanın qarşılıqlı şaquli yerdəyişmələrinə imkan verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.

Binanın örtük tavalarının birləşməsi şaquli müstəvidə hərəkətli, örtüyün diski müstəvisində sərt olmalıdır.

Domkratlarla düzəldilməsi nəzərdə tutulan qurğu və avadanlıqlar altında tava və massiv bünövrələr aşağıdakılar yerinə yetirilməklə layihələndirilməlidir:

– bünövrənin yuxarı kürsü hissəsi və aşağı (dayaq) hissələri arasında bölücü tikişlər;

– domkratların yerləşdirilməsi üçün bünövrənin kürsü və dayaq hissələrində boşluqlar (deşiklər);

– istismar prosesində və düzəldilmə işləri vaxtı bünövrənin kürsü və dayaq hissələri arasında rabitə rolunu yerinə yetirən sığorta elementləri.