Əməliyyat riski operatorun əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, informasiya sistemi və texnologiyalarında baş vermiş problem və çatışmazlıqlar, habelə təşkilatdan kənar hadisələrlə əlaqədar yaranan riskdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Komplayens riski operatorun qanunvericiliyin, o cümlədən maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riskidir.