Hündürlüyü 2 metr 20 santimetrdən çox olan hasarların yalnız hansı hallarda inşa edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”da əksini tapıb.

Hündürlüyü 2 metr 20 santimetrdən çox olan hasarlar yalnız aşağıdakı hallarda inşa edilir:

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində;

– Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində;

– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində;

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində;

– Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin obyektlərinin ərazilərinin sərhədində;

– təhlükə potensiallı və dövlət əhəmiyyətli obyektlərin ərazilərinin sərhədlərində;

– penitensiar müəssisələrin və məhkəmə binasının ərazilərinin sərhədində;

– səsdən mühafizə məqsədi ilə yaşayış məntəqələrinin ərazilərindən keçən dövlət əhəmiyyətli avtomobil yollarının təhkim zolağının sərhədində;

– yaşayış məntəqəsi ərazisində inşa olunan yanğın əleyhinə funksiyalı hasarlara;

– xarici ölkələrin diplomatik nümayəndəliklərinin obyektlərinin ərazilərinin sərhədində.

Qeyd olunan dövlət orqanlarının obyektlərinə həmin dövlət orqanlarının aparatlarının inzibati binalara aid edilmir.