İnformasiyanın konfidensiallığının və tamlığının qorunması üçün kriptoqrafiyanın düzgün seçilməsi və effektiv istifadəsinin təmin olunması məqsədilə tədbirlər həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
İnformasiyanın konfidensiallığının və tamlığının qorunması üçün kriptoqrafiyanın düzgün seçilməsi və effektiv istifadəsinin təmin olunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
– kriptoqrafik vasitələrlə təhlükəsizliyi təmin edilməli olan informasiya müəyyən edilir;
– risklərin qiymətləndirilməsinə əsasən informasiyanın şifrlənməsi üçün istifadə edilən kriptoqrafik vasitələrin şifrləmə alqoritminin mürəkkəblik səviyyəsi müəyyən edilir;
– kriptoqrafik vasitələrdən istifadə üzrə vəzifələr və bu vəzifələr üzrə öhdəlik və səlahiyyətlər müəyyənləşdirilir;
– azı aşağıdakıları müəyyən edən kriptoqrafik açarların idarə edilməsi sistemi yaradılır:
– kriptoqrafik açarların yaradılması;
– kriptoqrafik açarların paylanılması;
– kriptoqrafik açarların dəyişdirilməsi;
– kriptoqrafik açarların geri çağırılması;
– kriptoqrafik açarların qüvvəsinin dayandırılması və bərpa edilməsi;
– kriptoqrafik açarların ehtiyat nüsxəsinin yaradılması və saxlanılması;
– kriptoqrafik açarların məhv edilməsi;
– kriptoqrafik açarların idarə edilməsi üzrə loqların qeydiyyatının aparılması.