İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin (İTİS) nəzarət subyektlərində bu Tələblərin və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) digər normativ xarakterli aktlarının tələbləri nəzərə alınmaqla nəzarət subyektinin yuxarı idarəetmə orqanının ümumi rəhbərliyi altında nəzarət subyektinin biznes prosesləri və ümumi idarəetmə sisteminin ayrılmaz hissəsi kimi formalaşdırılır, fəaliyyəti təmin edilir və davamlı olaraq təkmilləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

İTİS-in formalaşdırılması ilə bağlı nəzarət subyektinin ümumi strategiyasına uyğun olan informasiya təhlükəsizliyi siyasəti hazırlanır və yuxarı idarəetmə orqanı tərəfindən təsdiq edilir.