Operator komplayens risklərinin idarə olunması məqsədilə ödəniş sisteminə dair qaydaların, o cümlədən ödəniş sistemi operatorunun reqlament sənədlərinin və müqavilə münasibətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operator ödəniş sisteminə dair qaydaların risklərin idarə olunması ilə bağlı müddəalarında kredit və likvidlik risklərinin tənzimlənməsi, o cümlədən bu risklərin digər iştirakçılara təsirini minimallaşdırmaq üçün tətbiq olunacaq mexanizmləri əks etdirməlidir.