Operatorun fəaliyyətində baş vermiş plansız dayanmalar (sistemdə işin və ya iştirakçılarla məlumat mübadiləsinin 15 (on beş) dəqiqə və ya daha artıq müddətə dayanması) barədə əlaqələndirici şəxs tərəfindən yazılı məlumat hadisənin baş verməsindən sonra 15 (on beş) dəqiqədən gec olmayaraq, planlı dayanma halı barədə məlumat isə azı 3 (üç) iş günü əvvəl Mərkəzi Banka təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.