Xankəndidə yerləşən Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.

Heftelik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:

“Bu həftə artıq seçilmiş 3 proqram rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaq”.