Sığorta (təkrarsığorta) müqaviləsi üzrə müntəzəm sığorta ödənişlərinin məbləği artdıqda riyazi ehtiyatların baza hissəsinin necə müəyyən edildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Sığorta (təkrarsığorta) müqaviləsi üzrə müntəzəm sığorta ödənişlərinin məbləği artdıqda riyazi ehtiyatların baza hissəsi aşağıdakı kimi müəyyən edilir:
– sığorta ödənişləri dövründə bu Qaydada nəzərdə tutulmuş qaydada. Bu zaman sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyərinin hesablanması sığorta ödənişlərinin məbləğindəki artım nəzərə alınmaqla aparılır;
– sığorta haqlarının yığımı dövründə aşağıdakı məbləğlərin böyük olanı əsasında:
– sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyəri ilə hesablanmış riyazi ehtiyatların baza hissələrinin cəmi. Bu zaman sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyərinin hesablanması sığorta ödənişlərinin məbləğindəki artım nəzərə alınmamaqla aparılır və sığorta (təkrarsığorta) müqaviləsi üzrə hesablanan və bölüşdürülən əlavə gəlirlərin məbləğinə bərabər olur;
– bu Qaydaya müvafiq olaraq müəyyən edilmiş məbləğ. Bu zaman sığorta ödənişlərinin gətirilmiş gözlənilən dəyərinin hesablanması sığorta ödənişləri məbləğinin sığortaçının əlavə gəlirləri hesabına artırılması nəzərə alınmaqla aparılır.