Sığortaçı sığorta ehtiyatlarının hesablanması üçün istifadə olunmuş ölüm və əlillik cədvəllərini və riyazi modellərin əsaslandırmasını illik hesabatlarla birgə təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Riyazi modellərin əsaslandırması hər bir sinif üzrə olmalı və məsul aktuarinin imzası ilə təsdiq olunmalıdır. Təkrarsığortalının rüblər üçün tənzimlənməmiş zərərləri və (və ya) vaxtından əvvəl xitam verilmiş təkrarsığorta müqavilələri olduqda bu formaya zəruri sayda rüblər əlavə edilir.