Siyahıyaalma aktı azı 3 nüsxədə tərtib olunur ki, bunlardan da biri əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir, digəri vərəsəliyin açıldığı yer üzrə notariusa göndərilir, üçüncüsü isə aktı tərtib etmiş notariusda saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Siyahıyaalma aktı notarius, əlaqədar şəxslər, hal şahidləri və əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı tərəfindən imzalanır.