Bir təmassız ödənişin məbləği 100 (bir yüz) manat (və ya ekvivalentindən), bu cür əməliyyatların günlük həcmi isə 500 (beş yüz) manat və ya ekvivalentindən çox olmadıqda ödəniş xidməti təchizatçısı gücləndirilmiş müştəri autentifikasiyası (GMA) tətbiq etməyə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Ödəyici tərəfindən “etibar edilən şəxslər (GMA tətbiq edilmədən xeyrinə ödəniş əməliyyatının həyata keçirildiyi şəxslər) siyahısı”na və dövri ödənişlər siyahısına daxil edilmiş ödənişlər GMA tətbiq edilmədən həyata keçirilə bilər.