Personalın məsafədən işləməsi zamanı nəzarət subyektinin olduğu yerdən kənarda giriş edilən, emal edilən və saxlanılan informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün qaydalar hazırlanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Personalın məsafədən işləməsi zamanı nəzarət subyektinin olduğu yerdən kənarda giriş edilən, emal edilən və saxlanılan informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün azı aşağıdakıları nəzərdə tutan qaydalar hazırlanır, təsdiq edilir və personalla kommunikasiya edilir:

– məsafədən iş zamanı fiziki təhlükəsizlik tələbləri;

– informasiya mübadiləsinin təhlükəsiz təşkili ilə bağlı tələblər;

– məsafədən işi təmin edən texnologiyalardan təhlükəsiz istifadə tələbləri;

– ev və digər ictimai internet şəbəkələrindən istifadə ilə bağlı tələblər;

– əməliyyat sistemi və proqram təminatları üzrə ən son yenilənmələrin tətbiqi ilə bağlı tələblər;

– zərərverici proqram təminatlarına qarşı mühafizənin təşkili ilə bağlı tələblər.