Aktiv nəzarət subyektləri üçün dəyəri olan əsas (biznes proseslər və informasiya) və dəstəkləyici (şəbəkə və texniki infrastruktur, proqram təminatları, personal, bina, təşkilati struktur) aktivlər, aktiv sahibi aktivin bütün fəaliyyət dövrü ərzində idarə edilməsinə və mühafizəsinə məsul olan şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Audit audit sübutlarının əldə edilməsi və onların audit meyarlarının yerinə yetirmə səviyyəsini müəyyənləşdirmək məqsədilə obyektiv olaraq qiymətləndirilməsi üçün həyata keçirilən sistematik, müstəqil və sənədləşdirilmiş proses, autentikasiya xidmət istifadəçisinin kimliyini və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən nəzarət tədbiridir.