Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “…mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “…mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “…1/3 hissə, yaxud …2/3 hissə” kimi ifadə olunmalıdır.